9 Oktyabr 2023 15:34
8 921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd əbu əl-Qeytlə görüşüb.

Teleqraf.com xəbər verir ki, Lavrov Rusiya və Ərəb Liqasının Fələstin-İsrail münaqişəsində axan qanların dayandırılmasına töhfə verə biləcəyini deyib.

Onun sözlərinə görə, münaqişənin kəskinləşməsi mövcud status-kvonun sabit olmadığını göstərir.

“Fələstin-İsrail qarşıdurması təcili dayandırılmalıdır”, - Lavrov bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər