10 Oktyabr 2023 12:37
1 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Çarlz Braun İranı İsraildəki münaqişəyə müdaxilə etməmək barədə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, Baş Qərargah rəisi Tehrana verilən mesajın kifayət qədər açıq olduğunu bildirib.

“Biz kifayət qədər aydın bir siqnal göndərmək istəyirik. Biz bunun (İsraildəki münaqişənin) genişlənməsini istəmirik, məqsəd İranın bizim yüksək səslə verilən aydın bəyanatımızı almasıdır”, - Braun deyib.

ABŞ Baş Qərargah rəisi bundan əvvəl israilli həmkarı Herzi Halevi ilə telefon danışığı aparıb. Generallar HƏMAS-ın İsrailə son hücumlarını və ABŞ-ın Yaxın Şərqdə hərbi mövqelərini gücləndirmək üçün addımlarını müzakirə ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər