Fransa və Avropa İttifaqı Fələstinin HƏMAS qruplaşmasını terror təşkilatı kimi tanıyıb.
Teleqraf.com xəbər verir ki, bunu Fransanın baş naziri Elizabet Born çərşənbə axşamı, oktyabrın 10-da Milli Assambleyada (parlamentdə) bəyan edib.
“Terrorizm və vəhşiliyə heç bir bəraət yoxdur. HƏMAS terror qruplaşmasıdır, hazırda Fransa və Aİ tərəfindən tanınır. Fransadan bir avro da terrorçuların əlinə keçməməlidir. Ölkə rəhbərliyi Fransada antisemitizmin nə küçədə, nə də internetdə təzahürünə icazə verməyəcək. Fransa Yaxın Şərqdə uzunmüddətli sülh nizamlanmasına nail olmağın tərəfdarıdır. Amma bu, çox vaxt aparacaq”, - Elizabet Born əlavə edib.