İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzzaya gecə hava hücumu nəticəsində HƏMAS qruplaşmasının liderlərindən biri Murad əbu Muradın öldürüldüyünü açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Murad əbu Murad qruplaşmanın hava fəaliyyətlərinə nəzarət edən qərargahın vurulması nəticəsində öldürülüb.
SAXAL bildirir ki, Əbu Murad ötən həftə sonu HƏMAS-ın İsrailə hücumunda fəal iştirak edib. İsrail ərazisinə sızan HƏMAS-çılardan biri də o olub.
Açıqlamada o da qeyd olunur ki, HƏMAS xüsusi təyinatlılarına məxsus onlarla obyektə gecə saatlarında zərbələr endirilib.