14 Oktyabr 2023 19:07
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS yaraqlılarının törətdiyi cinayətlər fonunda “Əl-Qaidə” terrorçuları məsum görünürlər.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

“Hücum haqda nə qədər çox öyrəniriksə, bir o qədər dəhşətli olur. Bu adamlar “Əl-Qaidə”ni məsum göstərirlər. Onlar çox pisdirlər”, - ABŞ lideri HƏMAS haqda bildirib.

Bayden əlavə edib ki, ABŞ İsrailin ehtiyac duyduğu hər şeyə sahib olduğundan əmindir, eyni zamanda Qəzzada humanitar böhranı həll etməyə çalışırlar.

“Mənim rəhbərliyim altında komandalarımız regionda işləyir, o cümlədən İsrail, Misir, İordaniya və digər ərəb ölkələrinin hökumətləri və BMT ilə HƏMAS-ın hücumlarından sonra İsrailə humanitar dəstək vermək üçün birbaşa əlaqə qurulub. Fələstinlilərin əksəriyyətinin HƏMAS və HƏMAS-ın dəhşətli hücumları ilə heç bir əlaqəsi olmadığını gözardı edə bilmərik. Onlar da bundan əziyyət çəkirlər”, - ABŞ prezidenti əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər