Fələstin prezidenti Mahmud Abbas Baydenlə telefon danışığı aparıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin lideri Mahmud Abbas ABŞ prezidenti Co Baydenə Qəzza zolağının sakinlərinin öz torpaqlarından köçürülməsi ideyasını tamamilə rədd etdiyini deyib.
O Fələstin anklavına təcili olaraq dərman, su və yanacağın çatdırılması üçün humanitar dəhlizlərin açılması zərurətindən danışıb.