15 Oktyabr 2023 08:49
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) oktyabrın 17-də videokonfrans formatında dövlət və hökumət başçılarının fövqəladə sammitini keçirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel məlumat verib.

“Sammitdə Avropaya yeni təhlükəsizlik təhdidləri, Fələstinə humanitar yardımın göstərilməsi perspektivi və yeni miqrasiya böhranı riski müzakirə olunacaq”, - deyə o, X sosial şəbəkəsində yazıb.

O xatırladıb ki, Aİ İsraillə tam həmrəyliyini ifadə edir, bütün girovların dərhal azad edilməsini tələb edir və İsrailin beynəlxalq hüquqa tam uyğun olaraq özünümüdafiə hüququnu tanıyır


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər