15 Oktyabr 2023 16:40
4 801
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Səudiyyə Ərəbistanı və İsraillə birgə irəli sürdüyü Cənub dəhlizi layihəsi Təl-Əvivin Qəzzaya davam edən hücumları səbəbindən fiaskoya uğradı. Sözügedən layihə Hind-Sakit okean regionunu Yaxın Şərqdən Avropaya birləşdirəcəkdi.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazır.

Nəşr bildirir ki, son G-20 sammitində irəli sürülən Hindistan-Yaxın Şərq-Avropa dəhlizi (IMEC) ideyası bölgədəki savaş ucbatından çətin variant kimi qəbul olunur. HƏMAS-İsrail savaşı ABŞ-ın Çinə qarşı qəbul etdirməyə çalışdığı layihəyə zərbə kimi qiymətləndirilir. Artıq bu səbəbdən proje hələlik təxirə salınıb.

Professor Vişnə Korkmaz ABŞ-ın Hindistan-Avropa dəhlizi projesinin siyasi məqsədilərinə diqqət çəkib:

“ABŞ bundan Səudiyyə ilə İsrail arasında yaxınlaşmanı stimullaşdırmaq üçün istifadə etmək istəyirdi. Müharibə ilə ABŞ-ın vermək istədiyi mesaj puça çıxdı. Səudiyyə-İsrail yaxınlaşması başqa vaxta qaldı. Fələstin məsələsi həll olunmadan bu bölgədə layihələr həyata keçirilə bilməz”.

Korkmaz ABŞ-ın körfəzlə yanaşı digər müttəfiqlərini də sakitləşdirməyə çalışdığını deyib:

ABŞ “mən hələ də buradayam” deməyə çalışır. Bununla belə, bir hücumla infrastrukturun təhlükəsizliyini təmin etməyin nə qədər çətin olduğu üzə çıxdı. Bu, həm də real olaraq ticarət dəhlizi layihəsinin mümkünlüyünü aradan qaldırdı. Hələlik layihə arzudur. Belə bir durumda bu haqda danışmaq gülünc görünərdi”.

Professor Burak Küntay da Hindistan-Yaxın Şərq-Avropa dəhlizinin uzunmüddətli plan olduğunu və bir gecədə həyata keçirilə biləcək bir layihə olmadığını söyləyib:

“Sözügedən dəhlizə birdən çox ölkə daxil olduğu üçün onu həm zaman, həm də maddi baxımından həyata keçirmək çətin olacaq. Əlbəttə, müharibə dövrü qlobal ticarət yolları ilə bağlı plan və layihələri kökündən dəyişdirmək üçün əsas ola bilməz. Amma bölgədəki münaqişələr qısa müddətdə gecikmələrə səbəb ola bilər. Türkiyənin İnkişaf Yolu layihəsi daha uyğun quruluşa malikdir. Qiymət və məsafə baxımından bir çox üstünlüklər təqdim edir”.

Qəzet vurğulayır ki, Şərq-Qərb oxundakı geosiyasi önəmi ilə tanınan Türkiyənin Şimal-Cənub xəttindəki strateji mövqeyi son illərdə bir sıra beynəlxalq müqavilələr və layihələrlə daha da aydınlaşıb:

“Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində layihələndirilən bir çox dəhliz projelərində Türkiyənin əsas rol oynadığı bir daha təsdiq olunur. Son 20 ildə həyata keçirilən infrastruktur layihələri, sabitlik və etibarlı ölkə imici də Türkiyəyə ticarət dəhlizləri yarışında üstünlük təmin edir. Hind okeanından Bəsrə körfəzinə dəniz yolu ilə gələn malları Türkiyə üzərindən Aralıq dənizinə daşıyacaq İnkişaf Yolu tədarük zəncirində və qlobal ticarət yollarında ən təhlükəsiz yol kimi diqqət çəkir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər