Livan sərhədində hücumların davam edəcəyi təqdirdə "Hizbullah"ın sonu gələcək.
Teleqraf.com xəbər verir ki, İsrail ordusunun sözçüsü briqada generalı Daniel Haqari deyib.
“Hizbullah bizi sınamağa cəsarət etsə, reaksiyamız öldürücü olacaq. Şimal sərhədində qüvvələrimizi artırdıq. Bizə qarşı hər hansı fəaliyyətə aqressiv reaksiya göstərəcəyik”, - sözçü vurğulayıb.