İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan HƏMAS-la İsrail arasındakı toqquşmadan danışıb.
Teleqraf.com xəbər verir ki, Abdullahiyan İranın dəstəklədiyi “Hizbullah”ın yaxın saatlarda İsrailə qarşı hərəkətə keçə biləcəyini deyib.
“Müqavimət liderləri (Fələstin) sionist rejimin (İsrail) Qəzzada hər hansı quru hücumu həyata keçirməsinə və sonra digər bölgələrdəki müqavimət qüvvələrinə üz tutmasına icazə verməyəcək. Bütün variantlar “Hizbullah”ın qarşısındadır”, - nazir bildirib.