18 Oktyabr 2023 13:17
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentində çıxışını məsuliyyətsizlik və təxribatçılıq kimi qiymətləndirir.

Teleqraf.com-un məlumatına görə, bu sözləri TASS agentliyinə Moskvadakı yüksək vəzifəli məmur söyləyib.

“Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını olduqca məsuliyyətsiz və təxribatçı çıxış kimi qiymətləndiririk. Bu, xüsusilə çıxışın Rusiya və Rusiya-Ermənistan münasibətlərinə dair hissəsinə aiddir. Ermənistanın Moldovadan sonra üçüncü Ukraynaya çevrildiyini görürük. Paşinyan isə iri addımlarla Vladimir Zelenskinin yolunu gedir”, - deyə məmur bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər