Vaşinqtonun Kiyevə gizli şəkildə tədarük etdiyi ATACMS raketləri vəziyyəti kökündən dəyişdirə bilməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Birincisi, təbii ki, bu, bizə əlavə təhlükə yaradır. İkincisi, Rusiya ordusu bu hücumları dəf edir. Yəni bu mənada Ukrayna üçün yaxşı heç nə yoxdur. Sadəcə olaraq onların əzab çəkmə müddətini uzadır”, - Putin bildirib.