ABŞ İsrailin Qəzza zolağında quru əməliyyatı planının formalaşmasına təsir edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
HƏMAS-ın hücumundan dərhal sonra İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzzada terrorçuları məhv etmək üçün koordinasiyalı hava, dəniz və qurudan zərbələr endiriləcəyini açıqlayıb. Amma bir neçə gün sonra SAXAL-dan bildirilib ki, quru hücumu gözləntilərdən fərqli ola bilər.
İsrail rəsmisi agentliyə deyib ki, ABŞ-ın Təl-Əvivin HƏMAS-a qarşı müharibəsindəki rolu əvvəlki illərlə müqayisədə daha dərin və sıxdır. ABŞ hökuməti İsrailin Qəzzada HƏMAS-ın hərbi infrastrukturunu məhv etmək məqsədini bölüşür. Hər iki tərəf bunun yalnız quru əməliyyatı ilə mümkün olduğuna inanır, çünki Fələstin hərəkatı onilliklər ərzində fəaliyyətini bölgədə tunellər və digər atəş nöqtələri şəbəkəsi qurmağa sərf edib.
“Blumberq” iddia edir ki, hücumun üsullarını və vaxtını ABŞ müəyyən edir. Eyni zamanda, ABŞ-ın həm də Qəzzada yaşayan dinc sakinlər arasında itkiləri məhdudlaşdırmaq istədiyi iddia olunur.