ABŞ Yaxın Şərqdəki vəziyyətlə bağlı qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib.
Teleqraf.com xəbər verir ki, sənəddə HƏMAS hücumunu pisləyən, girovların azad edilməsinə çağıran və İsrailin özünümüdafiə hüququnu tanıyan bəndlər var.
Bundan əlavə, Amerika qətnaməsində mülki şəxslərin müdafiəsi də daxil olmaqla, beynəlxalq humanitar hüquqa tam hörmət etməyə çağırış, həmçinin Qətər və digər ölkələrin oktyabrın 20-də HƏMAS saxladığı iki girovunun azad edilməsinə səbəb olan səylərin tanınması əks olunub.