25 Oktyabr 2023 15:01
1 896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan İsrail-HƏMAS savaşı ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, atəşkəs çağırışı edən nazir Qəzza məsələsi ilə bağlı konkret addımların atılmasının lazım olduğunu bildirib.

Hakan Fidanın açıqlamalarından diqqətçəkən məqamları təqdim edirik:

“Fələstinli qardaş və bacılarımızı hədəfə almaq insanlığa qarşı cinayətdir. Bu faciəni və müharibəni dayandırmaq üçün çox çalışırıq. Qəzzada günahsız mülki şəxsləri hədəfə alan və kollektiv cəzaya çevrilən hücumları heç bir şəkildə qəbul etmirik.

Qəzzaya qarşı quru əməliyyatı bu vəhşiliyi tam bir qətliama çevirəcək.

Bu, təkcə zülm deyil, Misir, Beyrut və Livanda sabitliyin pozulmasıdır.

Bölgəmiz sözün əsl mənasında dönüş nöqtəsindədir. Biz ya daha böyük müharibəyə, ya da daha böyük sülhə gedəcəyik

Beynəlxalq hüququn pozulmasında iştirak edən bütün tərəflər məsuliyyətə cəlb edilməlidir.

Dərhal atəşkəs elan edilməli və humanitar yardım dəhlizi yaradılmalıdır. Görüşdüyüm bütün həmsöhbətlər bu fikirləri bölüşürlər.

Həmrəylik adı altında İsraili təşviq edənlər də bu cinayətin ortağıdır. Görürük ki, qınaqla, tənqidlə heç yerə çatmayacağıq. İndi konkret addımlar atmağın vaxtıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər