İsraillə radikal HƏMAS hərəkatı arasında münaqişə Avropa Birliyinin təhlükəsizliyi üçün ciddi nəticələr verə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Komissiyasının daxili işlər üzrə komissarı Ylva Yohansson deyib.
"Münaqişə ilə bağlı terror təhlükəsinin artacağına dair böyük risk var. Terrorçular Aİ-yə gələ bilər. Amma ən böyük risk Aİ-də artıq radikallaşmış insanların terror hücumları törədə bilməsidir”, - Yohansson bildirib.