Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen türk həmkarı Hakan Fidanın dəvəti ilə sabah Türkiyəyə rəsmi səfər edəcək.
Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə Danimarka arasında münasibətlərin bütün aspektlərinin müzakirəsi planlaşdırılır.
Həmçinin aktual məsələlər, o cümlədən Qəzzada baş verənlər, Ukraynadakı vəziyyət, Türkiyə-Avropa Birliyi münasibətləri, bəzi Avropa ölkələrində Qurana hücumlar barədə fikir mübadiləsinin aparılacağı gözlənilir.