ABŞ Yaxın Şərqə daha 900 hərbçi göndərir.
Teleqraf.com xəbər verir ki, bu barədə brifinq zamanı Pentaqonun mətbuat katibi Patrik Rayder söyləyib.
"Mən təsdiq edə bilərəm ki, Yaxın Şərqdə qüvvələrin yerdləşdirilməsinə dair ilk dəfə elan etdiyimizdən bəri, təxminən 900 əlavə qoşun ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına yerləşdirilib və ya hazırda yerləşdirilir", - deyə bildirib.
Patrik Rayder qeyd edib ki, onlar əsasən hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin operatorlarıdır.