Avropa İttifaqının təkcə dünyada deyil, həm də Avropa meydanında rolu azalıb.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "VKontakte" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirib .
O hesab edir ki, bütün Aİ ölkələri Birləşmiş Ştatlar və Böyük Britaniyanın qarşısında “şəstlə dayanıb” və itaətkarcasına Ukraynaya dəstək vermək göstərişlərini yerinə yetirirlər.
Onun sözlərinə görə, dünya düzəninin sütunlarından biri kimi Avropa İttifaqının arzuları itib.
"Aİ istənilən münaqişədə vasitəçi kimi beynəlxalq nüfuzunu puç etdi" deyə Medvedev yazıb və əlavə edib ki, Avropa bu gün "xarici müştərilərinin hər bir şıltaqlığını həlimliklə yerinə yetirən qocalmış fahişə rolunu oynayır".
Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini həmçinin belə bir fikir bildirib ki, Aİ-də öz ölkələrinin maraqlarını müdafiə etməli olan güclü dünya səviyyəli liderlər qalmayıb.
Oktyabrın 27-də Medvedev bildirib ki, Qərb Ukraynadan bezib və İsrailə keçib .
Bundan əvvəl Medvedev Yaxın Şərqdə yüz illik müharibə perspektivini açıqlamışdı .