Dağıstanın paytaxtı Mahaçqala şəhərinin hava limanının oktyabrın 31-i gecə saatlarında fəaliyyətini bərpa edəcəyi gözlənilir.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) öz teleqram kanalında paylaşıb.
Bildirilir ki, hava limanının ərazisi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən diqqətlə yoxlanıldıqdan sonra aeroport fəaliyyətini bərpa edə bilər.
Xatırladaq ki, oktyabrın 29-u yüzlərlə insan hava limanı ərazisində etiraz aksiyasına toplaşıb. Buna səbəb İsraildən gələn təyyarə olub. Belə ki, yerli sakinlər yəhudilərin ərazidən çıxarılmasını tələb ediblər. İnsidentlə bağlı hava limanı bağlanıb. Daha əvvəl verilən məlumatda aeroportun noyabrın 6-na qədər bağlı olacağı qeyd olunub.