“İsrailin Qəzzada HƏMAS-la müharibədə qalib gəlməsinə Böyük Britaniyanın ehtiyacı var”.
Teleqraf.com xəbər verir ki, bunu Britaniyanın İsraildəki səfiri Saymon Uolters deyib.
“Qəzzaya nəzarət HƏMAS-da qalmamalıdır”, - səfir bildirib.
Eyni zamanda, onun sözlərinə görə, İsrail müharibə qanunlarına əməl etməlidir.
Saymon Britaniyanın bəzi ölkələrdə antisemit şüarların və cihad çağırışlarının artmasından narahatlığını da vurğulayıb.