Türkiyə sərhədinə yaxın yerləşən Suriya şəhəri Kobanidə bir müddət əvvəl İŞİD-lə toqquşan kürd peşmərgələri bu dəfə hökumət qüvvələri ilə üz-üzə gəliblər. Onlar Əsəd ordusunun qəfil bombardımanının hədəfinə çevriliblər.
Teleqraf.com-un "TRT Haber"ə istinadən məlumatına görə, Suriya prezidenti Bəşər Əsədin nəzarətində olan silahlı qüvvələr bu gün Kobaniyə nəzarəti bərpa etməyə çalışıblar.
Suriya ordusu İŞİD-ə qarşı müqavimət göstərən kürd silahlılarının mövqelərini bombalayıb. Bu barədə Suriya">Suriya kürdlərinin Demokratik Birlik Partiyasının (PYD) hərbi qanadı olan YPG açıqlama yayıb.
Bundan sonra hücuma keçən YPG silahlıları 30 Suriya əsgərini girov götürüblər.