Yaxın 5 ildə Rusiyanın hərbi-siyasi qüdrəti kifayət qədər artacaq. Belə bir açıqlama ilə ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı general-leytenant Ben Xoces çıxış edib.
O, bildirib ki, Rusiya yaxın illərdə hərbi gücünü kifayət qədər artırmaq potensialına malikdir: "Bu halda Rusiya eyni vaxtda 3 cəbhədə vuruşmaq imkanı qazanacaq"
Teleqraf.com-un məlumatına görə, bu barədə “Reuters” agentliyi informasiya yayıb. Generalın bildirib ki, hələlik Kremlin hansısa qonşu ölkəyə hücumu az ehtimal olunur:
"Çünki Moskva üçün əsas hədəf hazırda məhz Ukraynadır. Səfərbərlik olmadan onlar bir dəfəyə üç hərbi əməliyyat təşkil edə bilməzlər. Amma 5 il sonra bu, heç də belə olmayacaq”.