İDF Qəzza zolağında HƏMAS-ın strateji hədəflərinə, o cümlədən yüksək texnologiyalı mövqelərə dəqiq idarə olunan sursatlarla hücumlar həyata keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Dəniz Qüvvələri HƏMAS təşkilatına məxsus strateji hədəflərə, o cümlədən yüksək texnoloji imkanlara malik postlara dəqiq hücumlar həyata keçirib. IDF bölmələri Əl-Qüds xəstəxanasına bitişik binada barrikada qurmuş və oradan hərbçilərə hücum etməyi planlaşdıran bir neçə HƏMAS terrorçusunu aşkar edib. Əsgərlər HƏMAS terrorçularını vurmaq üçün təyyarə göndəriblər. Hücum böyük ikinci dərəcəli partlayışlarla nəticələnib. Bu, HƏMAS-ın mülki ərazidə silah anbarının olduğunu göstərir”, - məlumatda deyilib.