7 Noyabr 2023 23:07
8 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Rusiya Federasiyasının Avropada Adi Silahlı Qüvvələr Haqqında Müqavilədən (AASQHM) çıxmaq qərarından təəssüflənir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Təəssüf ki, Rusiyanın AASQHM-dən çıxmaq qərarı 2023-cü il noyabrın 7-də qüvvəyə mindiyi üçün digər iştirakçı dövlətlər tərəfindən Müqavilənin anlamlı şəkildə həyata keçirilməsi faktiki olaraq qeyri-mümkün olub. Bu şəraitdə ölkəmiz digər NATO və AASQHM-də tərəfdaş dövlətləri ilə birlikdə Sazişin icrasını zəruri müddətə dayandırmalı oldu”, - deyə qeyd edilib.

Bundan əlavə, AASQHM-nin əsas prinsiplərinə ehtiyacın davam etdiyi də vurğulanıb:

“Önümüzdəki dövrdə Avropa təhlükəsizlik arxitekturasında lazım ola biləcək yeniləmələr yalnız bu təməllər üzərində qurula bilər. Bu baxımdan, bütün əlaqədar tərəflərlə məsələ ilə bağlı təmaslarımızı davam etdirəcəyik. Yaşadığımız fövqəladə dövrdə silahlara nəzarət, tərksilah və silahların yayılmaması qaydalarının tam icrasına qayıtmaq beynəlxalq təhlükəsizlik üçün həmişəkindən daha vacibdir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər