Ukraynanın gənclər və idman naziri Vadim Qutçayt istefa ərizəsini Ali Radaya təqdim edib.
Teleqraf.com xəbər verir ki, bu barədə parlamentin spikeri Ruslan Stefançuk məlumat verib.
“Ali Rada Ukraynanın gənclər və idman naziri V.M.Qutçaytdan istefa haqqında bəyanat qəbul edib. Tezliklə müraciətə baxılacaq”, - o qeyd edib.
Qeyd edək ki, nazir bu vəzifəni 2020-ci ilin mart ayından icra edir.