NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın mümkün qələbəsini faciə adlandırıb.
Teleqraf.com xəbər verir ki, o, bu fikri Berlində Almaniyanın müdafiə naziri Boris Pistoriusla birgə keçirdiyi brifinqdə bildirib.
“Prezident Putin (Rusiya Prezidenti Vladimir Putin – Qeyd)qalib gəlsə, bu, təkcə ukraynalılar üçün deyil, həm də bizim üçün faciə olacaq”, - Alyansın baş katibi vurğulayıb.
Onun sözlərinə görə, Ukraynaya dəstək davam etdirilməlidir: “Bu, bizim maraqlarımıza uyğundur”.