“Ukrayna Avropa İttifaqına üzv olmaq kimi böyük məqsədə nail olmaq üçün kompromislərə hazırdır”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
Onun sözlərinə görə, Ukrayna qısa müddət ərzində Aİ-nin tələblərini yerinə yetirsə, ölkəsinin ittifaqa daxil olmasının qarşısı alınmayacaq.
“İnsanlara, onların hüquqlarına, qanunlarına, norma və qaydalarına hörmət edilən, hamı üçün eyni olan demokratik azad ölkə olmalıdır. Onda biz sürətlə Aİ-nin meyarlarını 100 faiz yerinə yetirəcəyik. Bu məsələni birdəfəlik həll etməliyik. Üstəlik, prezidentin də korrupsiya məsələsinə son qoymaq arzusu var. Böyük məqsədə çatmaq və Aİ-nin üzvü olmaq üçün bu məsələdə müəyyən güzəştlərə getməyə hazırıq. Çətin heç nə yoxdur və bizim üçün çətin olacağını düşünmürəm. Müvafiq tənzimləyici orqan və qanunvericilik aktları artıq hazırlanıb, hesab edirəm ki, bunlar mütləq qəbul edilməlidir”, - Danilov qeyd edib.
Onun fikrincə, Ukraynanın Aİ-yə daxil olması üçün nə qədər vaxt lazım olacağı yalnız Kiyevdən asılıdır:
“Qısa müddət ərzində hazır olsaq, düşünürəm ki, Aİ bizi üzv qəbul etməkdən çəkinməyəcək”.