19 Yanvar 2015 06:39
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Əhməd Davudoğlu "Çarli Hebdo"nun Məhəmməd Peyğəmbərə (s.a.s) nisbət etdiyi təhqiramiz karikaturaları yayan "Cumhuriyyet" qəzetini sərt şəkildə tənqid edib.

Teleqraf.com-un Türkiyə mediasına istinadən məlumatına görə, Davudoğlu bu qəzetin adının "Cumhuriyyet" adlandırılmasının doğru olmadığını və bu karikaturaların yayılmasının arxasında adı çəkilən qəzetə yaxınlığı olan Cümhuriyyət Xalq Partiyasının sədri Klıcdaroğlunun durduğunu deyib.

"Diqqət edin o qəzet, Peyğəmbərimizi təhqir karikaturaları yayanda yanlarında Kılıçdaroğlu vardı, cümhur yox idi. Kılıçdaroğlu, o təhqirlərin yanında dayandı, arxasında dayandı". /avropa.info/


Müəllif:

Oxşar xəbərlər