Myanmadan iki minə yaxın qaçqın son sutka ərzində Hindistanın sərhəddəki Mizoram əyalətinə köç edib.
Teleqraf.com xəbər verir ki, silahlı toqquşmaların getdiyi Myanmanın Rikhavdar şəhərinin sakinləri Hindistanın Zohavtar şəhərinə köçürlər. Bu iki yaşayış məntəqəsini Tiau çayı ayırır.
Yerli qaçqınlara yardım komitəsinin sədri Robert Zoremtluanginin sözlərinə görə, Tiaunun əks tərəfində silah səsləri eşidilir. Hindistan-Myanma sərhədini keçən 20 nəfər yaralanıb və xəstəxanalara aparılıb. Qaçqınlardan biri dünyasını dəyişib.