Fələstinin HƏMAS Hərəkatı Qəzzada baş verənlərə görə ABŞ Prezidenti Co Baydeni ittiham edib.
Teleqraf.com xəbər verir ki, hərəkat bəyanatında İsrail ordusunun Qəzzanın ən böyük xəstəxanası “Əl-Şəfa”da keçirdiyi əməliyyata görə tamamilə Amerika liderinin məsuliyyət daşıdığını bildirib.
“Biz işğala və “Əl-Şəfa” tibb kompleksinə edilən hücuma görə Prezident Baydeni məsul tuturuq”, - HƏMAS-ın bəyanatında deyilir.