Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin sol sahilində hərbi əməliyyatları davam etdirir. Son geolokasiya görüntülərinə görə, Ukrayna qoşunları Krınıka doğru irəliləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Ukrayna ordusu Krınık yaxınlığında nəzarət zonasını genişləndirməyə cəhd edib. Bundan əlavə, Poyma, Pisçanivka və Podstepnı yaxınlığında gərgin döyüşlər gedir.
ISW Ukrayna qüvvələrinin oktyabrın ortalarından etibarən Xerson vilayətinin şərq sahilində daha genişmiqyaslı quru əməliyyatları apardığını bildirir. Uzun müddət Rusiyanın nəzarətində olan ərazilərə daxil olan Ukrayna hərbçiləri ələ keçirdikləri mövqeləri saxlayırlar.
Rusiya qüvvələri son sutka ərzində Xerson vilayətinin sağ sahilinə havadan və artilleriyadan zərbələr endirib.