Yaxın Şərq nizamlanması çərçivəsində suveren Fələstin dövlətinin yaradılması qaçılmazdır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Tarixi baxımdan Fələstin dövlətinin yaradılması qaçılmazdır. Qəzza zolağının gələcəyi ilə bağlı müzakirələrin əksəriyyəti İsraillə bitişik Fələstin dövlətinin yaradılmasına yönəlmir”, - rusiyalı nazir bildirib.