ABŞ Yaxın Şərqdəki münaqişə fonunda İranın neft sektoruna qarşı yeni sanksiyalar hazırlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg”ə Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş məsləhətçisi Amos Hohşteyn bildirib.
San-Fransiskoda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Amos deyib: “Biz bu sanksiyaları tətbiq edəcəyik”.
O əlavə edib ki, İranın neft ixracı sutkada 1 milyon bareldən çoxdur və bu rəqəmlər azalacaq.