Ukrayna qoşunları Donetsk vilayətinin Avdiv şəhərində əks-hücuma keçərək dəmir yolu boyunca Stepovoydan cənub-şərqə doğru irəliləyiblər. Bunu son geolokasiya görüntüləri də təsdiqləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Ukrayna ordusu nəinki Stepovoy yaxınlığındakı mövqeləri ələ keçirib, həm də Avdiv koks-kimya zavodu ərazisində əks-hücuma keçib.
Rusiya qüvvələri Avdiv yaxınlığında irəliləməyə çalışsalar da, buna nail ola bilməyiblər.
Hazırda sənaye zonası, koks-kimya zavodu və Stepovoy ərazisində döyüşlər gedir.
“Ukrayna ordusu Rusiyanın Avdivə üçüncü hücum dalğasına başlayacağını gözləyir”, - ISW bildirir.