Rusiya və Hindistan Hind okeanının Benqal körfəzində birgə hərbi dəniz təlimlərinə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Təlimlərin məqsədi Rusiya və Hindistan arasında dəniz sahəsində əməkdaşlığı hərtərəfli inkişaf etdirmək və gücləndirmək, qlobal təhdidlərə qarşı birgə mübarizə aparmaq və Asiya-Sakit okean regionunda mülki gəmiçiliyin təhlükəsizliyini təmin etməkdir”, - məlumatda deyilir.
Təlimlərdə “Admiral Tributs” sualtı gəmilər əleyhinə gəmi və “Paçenqa” tankeri iştirak edir.
Manevrlərə Hindistan Hərbi Dəniz Qüvvələrinin “Ranvicay” esminesi, həmçinin təyyarə və helikopterləri cəlb olunub.