KTMT-dən çıxmaq prosesi uzun müddətdir ki, davam edir. 2018-ci ildən biz onun faktiki gedişatını izləyirik və sonrakı prosesləri nəzərdən keçiririk.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan fövqəladə və səlahiyyətli səfiri Dzyunik Ağacanyan deyib.
“KTMT öz-özünə mövcud olan struktur deyil. Elə strukturdur ki, siz üzv dövlət kimi onun imkanlarından öz xeyrinizə istifadə edirsiniz. Yəni haradasa fəaliyyət göstərən struktur deyil və sizin orada həll etməli olduğunuz bəzi məsələlər var. Biz də o strukturun bir parçasıyıq. Təsisçi üzv kimi orada öz problemlərinizi qaldıra və tərəfdaş dövlətlərinizlə əməkdaşlıq sahəsində həmin problemləri həll edə bilərsiniz. Bizim hakimiyyət orqanlarının KTMT-ni effektiv struktura çevirmək niyyəti qətiyyən yoxdur. Əksinə, KTMT-nin dəyərini aşağı salmaq üçün hər şeyi edirlər”, - Ağacanyan bildirib.