Tayvan adası sahillərində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi deyib.
Məlumata əsasən, yeraltı təkanların episentri Hualyan şəhərindən 85 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 27 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.