28 Noyabr 2023 10:02
1 704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış fələstinli fəal Ahəd Təmimi HƏMAS-la uzadılmış atəşkəs razılaşmasının bir hissəsi olaraq, İsrailin erkən azadlığa buraxılmasına razı olduğu 50 fələstinli qadın məhbusun təsdiqlənmiş siyahısındadır.

Teleqraf.com xəbər verir ki, İsrail Ədliyyə Nazirliyi 50 şəxsin yer aldığı siyahını yayımlayıb.

Təmimi üç həftə əvvəl sosial mediada fələstinlilərin yəhudiləri qırıb qanlarını içəcəklərini yazdıqdan sonra həbs olunub.

“Məskunlaşmış sürülərə mesajımız budur ki, Hebrondan Ceninə qədər bütün İordan çayının qərb sahilində sizi gözləyirik. Sizi kəsəndə deyəcəksiniz ki, Hitlerin sizə etdiyi zarafat idi, qanınızı içib kəllələrinizi yeyəcəyik. Sizi gözləyirik”, - fələstinli fəal deyib.

Təmimi bundan əvvəl İsrail əsgərini vurduğu üçün həbs olunduqdan sonra Fələstinin simvoluna çevrilib. İsrail həbsxanasında səkkiz aylıq həbs cəzası çəkib. Sərbəst buraxıldıqdan sonra Avropa və Yaxın Şərqi dolaşaraq “qələbə turu”na çıxıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər