28 Noyabr 2023 20:53
1 633
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiyaya qarşı müharibədə Ukraynanın qələbə qazanması üçün bu ölkəni hələ tam təmin edə bilməyib.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı qüvvələrinin keçmiş komandanı, general Ben Hodces deyib.

“Özümüzü Ukraynanın qələbəsinə həsr etməyə hazır olmağımız əsas məqamdır, amma indiyədək bunu etməmişik. Yardımlarına görə ABŞ-la qürur duyuram, amma bu, Ukraynanı mübarizədə saxlamaq üçün kifayət edir”, - general bildirib

Hodcesin sözlərinə görə, ABŞ Müdafiə Nazirliyində Ukraynanın əks-hücumunu tənqid edən insanlar var, bu, müharibənin dalana dirənməsinə səbəb olan uğursuzluq kimi qiymətləndirilir. General hesab edir ki, Ukraynanın tam hava üstünlüyünə nail olmadan və digər yardımları etmədən sıçrayış gözləmək əbəsdir.

Hodces indiyə qədər baş verənlərdən sonra Ukraynanın Rusiya ilə danışıqlar masasına oturacağını proqnozlaşdırmır.

Amerikalı general Rusiya Prezidenti Vladimir Putinlə sülh sazişi bağlamağın mümkün olmadığını düşünür. Onun sözlərinə görə, dünyada heç kim Putinlə anlaşmağın mümkünlüyünə inanmır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər