20 Yanvar 2015 00:52
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən müharibə deyil, sülh prezidentiyəm”. Belə bir açıqlama ilə bu gün Ukrayna prezidenti Pyotr Poroşenko çıxış edib.

Teleqraf.com-un məlumatına görə, dövlət başçısı bu fikirləri İsveçrəyə işçi səfəri zamanı, “Special Churchill Lecture 2015” tədbiri çərçivəsində Sürixdə səsləndirib.

Prezident onu da vurğulayıb ki, Ukrayna Avropa Birliyinin tamhüquqlu üzvü olmalıdır.

Poroşenko tədbir iştirakçılarına ölkəsində baş verən son terror aktlarını xatırladıb:

"Dünya terrorizmə qətiyyətlə reaksiya verməlidir. Onlar bizi qorxuda bilməzlər. Çünki biz birlikdəyik və güclüyük”.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər