ABŞ İran və Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edib.
Teleqraf.com xəbər verir ki, məhdudlaşdırıcı tədbirlərə məruz qalan şəxslərin və təşkilatların siyahısı ABŞ Maliyyə Departamentinin saytında dərc olunub.
İran vətəndaşları və qurumları yenilənmiş siyahıya terrorizmlə əlaqələri, koreyalılar isə kibertəhlükə səbəbindən daxil edilib.
Noyabrın 28-də respublikaçı senator Tom Kotton bildirmişdi ki, ABŞ Prezidenti Co Bayden Yaxın Şərqdə İrana qarşı yanlış siyasət aparır. Onun sözlərinə görə, təkcə son bir ayda Tehran Amerikanın regionda 70-ə yaxın mövqeyinə hücum edib, amma Vaşinqtondan adekvat cavab almayıb.
Şimali Koreya Xarici İşlər Nazirliyi isə ABŞ dövlət katibi Entoni Blinkeni Koreya yarımadasında münaqişəni qızışdırmaqda ittiham edib.