30 Noyabr 2023 21:28
1 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Müdafiə Nazirliyi ölkə hakimiyyətinin Fransa istehsalı olan “Rafale” qırıcı təyyarələrinin alınmasını müzakirə etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Teleqraf.com xəbər verir ki, bu məsələnin Fransa prezidenti Emmanuel Makronun Qazaxıstana son səfəri zamanı qaldırıldığı iddia edilib.

Nazirlik fransız döyüş təyyarələrinin alınması ilə bağlı heç bir danışıqların aparılmadığını vurğulayıb. Hazırkı mərhələdə Su-30SM təyyarələrinə diqqətin yönəldilməsi barədə qərar verildiyi bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər