Rusiya ordusu Tavriya istiqamətində, xüsusən də Avdiv yaxınlığında hücumların sayını təxminən iki dəfə azaldıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Tavriya vilayətinin müdafiə qüvvələrinin sözçüsü Aleksandr Ştupun məlumat verib.
“Hazırda döyüşlər davam edir, ümumilikdə Tavriya əməliyyat zonasında, xüsusən də Avdiv yaxınlığında düşmən hücumların sayını demək olar ki, təxminən iki dəfə azaldıb. Səbəblərdən biri də düşmənin çox böyük itki verməsidir. Əlavə canlı qüvvə və sursat da gətirmək lazımdır”, - sözçü bildirib.
Ştupun qeyd edib ki, Rusiya aviasiyasının və artilleriyasının da fəallığı azalıb.
Sözçü onu da bildirib ki, uzun müddətdir gərgin döyüşlərin getdiyi Avdiv koks zavodu və sənaye zonası Ukrayna ordusunun nəzarəti altındadır.