20 Yanvar 2015 09:08
3 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT rəsmiləri Suriya ilə İsrail arasındakı atəşkəs bölgəsində pilotsuz kəşfiyyat təyyarələrinin görünməsinin atəşkəsin pozulması mənasını verdiyini bildiriblər.

Teleqraf.com-un məlumatına görə, ötən gün axşam Suriyanın hava hüdudları 2 İsrail hərbi təyyarəsi tərəfindən pozulub.

Birləşmiş Millətlər Təşkilatının Suriya ilə İsrail sərhədindəki Golan Təpələri bölgəsində iki ölkə arasındakı atəşkəsi müşahidə edən sülhməramlı qüvvələri bunu yolverilməz addım adlandırıblar.

Pilotsuz təyyarələrin Suriyada bir sıra hədəflərə zərbə endirərək, geri döndükləri bəlli olub.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər