Şimali Koreya orbitə göndərdiyi kəşfiyyat peyki ilə Ağ Evi, ABŞ Müdafiə Nazirliyini və bəzi Amerika hərbi bazalarını görüntülədiyini açıqlamışdı.
Teleqraf.com xəbər verir ki, rəsmi Pxenyan daha bir iddialı bəyanatla çıxış edib.
Ölkənin Müdafiə Nazirliyindən bildirilib ki, Şimali Koreya peyk əməliyyatlarına hər hansı müdaxiləni müharibə elanı kimi qiymətləndirəcək.
“Birləşmiş Ştatlar suveren dövlətin qanuni ərazisini qeyri-qanuni və ədalətsiz şəkildə qabaqcıl texnologiyaları silahlandırmaqla pozmağa cəhd edərsə, Şimali Koreya ABŞ-ın casus peyklərinin effektivliyini pozmaq və ya məhv etmək üçün özünümüdafiə üçün cavab tədbirləri görməyi nəzərdən keçirəcək”, - bəyanatda deyilir.