4 Dekabr 2023 08:56
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza zolağında Fələstinin HƏMAS radikal qruplaşması ilə döyüşlərdə İsrail Ordusunun daha iki hərbçisi vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İsrail Ordusunda ölən hərbçilərin ümumi sayı 398-ə çatıb.

Hərbçilərin böyük əksəriyyəti yaraqlıların İsrail ərazisinə hücumunun ilk günündə, ölkənin cənubunda HƏMAS qüvvələri ilə döyüşlərdə həlak olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər