4 Dekabr 2023 11:51
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusunun Kupyansk istiqamətində kamuflyaj edilmiş artilleriya mövqeləri məhv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı artilleriyaçılar təmas xəttindən uzaqda yerləşən Ukrayna ordusunun artilleriyasının müəyyən edilmiş kamuflyajlı atəş mövqelərinə və canlı qüvvəsinin cəmləşdiyi yerə zərbələr endiriblər. Artilleriya bölmələri Kupyansk istiqamətində xüsusi hərbi əməliyyat zonasında Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə, o cümlədən kamuflyaj edilmiş mövqelərə gecə-gündüz dəqiq zərbələr endirir," - deyə Müdafiə Nazirliyindən bildirilib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər