4 Dekabr 2023 15:11
1 833
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton Konqresi Ukraynanı Rusiya ilə müharibədə dəstəkləmək üçün cəld hərəkətə keçməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, o, Rusiyanın qələbəsinə imkan verilməməli olduğunu deyib.

“Ukraynalılara kömək etməsək, sonda Rusiya qalib gələcək. Düşünürəm ki, daha yaxşı işləməliyik. Nümayəndələr Palatası və Senat Baydenə daha çox təzyiq göstərməlidir ki, Ukrayna ilə birlikdə bu ölkənin necə qalib gələ biləcəyinə dair qələbə strategiyası hazırlasın”, - Bolton bildirib.

Sabiq müşavir ümid edir ki, Vaşinqton Kiyevə ən çox ehtiyac duyulan əlavə hərbi dəstək vermək üçün bir yol tapacaq.

Eyni zamanda, Bolton Rusiyanın Ukraynanın şərqində qanunsuz ilhaq etdiyi əraziləri saxlamaq üçün diplomatik qələbəsindən narahatlığın artdığını qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər