“Qəzzanı və Fələstini müdafiə etmək Məkkə, Mədinə və İstanbulu müdafiə etmək deməkdir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“İsrailin mövcudluğunu etiraf etdiyi nüvə silahı məsələsinin unudulmasına imkan verməyəcəyik. Qəzza qəssabı Netanyahu müharibə cinayətkarıdır və Qəzza qəssabı kimi də mühakimə olunacaq. Qəzzanın yenidən qurulması üçün hazırlığa indidən başlamalıyıq. Qəzza Fələstin torpağıdır, Qəzza fələstinlilərə məxsusdur, əbədi olaraq belə qalacaq. Onu İsrailə buraxmamaq bizim borcumuzdur. Bunu həm də öz ərazi bütövlüyümüz üçün etməliyik.
Sabah gözlərini başqa yerlərə dikməyəcəklərini bilmirik. Qəzza qəssabı kameralar qarşısında məsələnin Qəzza və ya Ramallah olmadığını etiraf edib. Qəzzanı və Fələstini müdafiə etmək Məkkə, Mədinə və İstanbulu müdafiə etmək deməkdir. Yanğının, ağrının, fəryadın evimizə çatmasını gözləsək, bir gün o yanğın evimizə də gələcək”, - Türkiyə lideri bildirib.
Prezident Ərdoğan vurğulayıb ki, Türkiyə Fələstin üçün çoxşaxəli səylərini davam etdirəcək:
“1967-ci illərin sərhədləri içərisində yer alan Fələstin dövlətinin qurulmasının nə qədər vacib olduğu anlaşıldı. Sülhə gedən yol Fələstin dövlətinin yaradılmasından keçir”.
Türkiyə prezidenti İsrailə dəstək verən Qərb dövlətlərinə də sərt təpki göstərib, onların qurmaq istədikləri sistemi qəbul etməyəcəklərini vurğulayıb.